“Ermənistan hərbi itkilərini dinc əhalini öldürməklə kompensasiya edir” - HİKMƏT HACIYEV

  • By admin
  • 27 Oktyabr 2020 17:54

“Humanitar atəşkəsi pozmaq və davamlı hərbi itkilərini kompensasiyası üçün Ermənistan dinc insanları öldürməklə hərbi cinayətlərə əl atır”.

Gununsesi.info xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb.

“Bərdə rayonuna reaktiv raketlərlə hücum edilib. İndiyə qədər 3 nəfər ölüb, uşaqlar və qadınlar da daxil olmaqla 10 nəfər ağır yaralanıb”, – o bildirib.

 

 

Gununsesi.info