Ermənistan və Rusiyanın Birləşmiş Qüvvələr Qrupunun komandanı vəzifəsindən azad edilib

  • By admin
  • 14 Mart 2023 21:28

Ermənistanın Baş naziri Nikol Paşinyanın təklifi ilə Ermənistan və Rusiyanın Birləşmiş Qüvvələr Qrupunun komandiri Tiqran Pırvanyan vəzifəsindən azad edilib.

Respublika Prezidenti Vaaqn Xaçaturyanın komandirin istefası haqqında fərmanı çərşənbə axşamı dövlət başçısının saytında dərc olunub.

“Konstitusiyaya və “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanuna uyğun olaraq, baş nazirin təklifini əsas götürərək, Tiqran Pırvanyan Birləşmiş Qüvvələr Qrupunun komandiri vəzifəsindən azad edilsin”, – fərmanın mətnində deyilir.

Gununsesi.info