Ermənistanda 12 nəfər qidadan zəhərlənib

  • By Admin08
  • 08 Sentyabr 2025 17:39

Ermənistanda kütləvi zəhərlənmə baş verib.

Gununsesi.info Ermənistan mediasına istinadən xəbər verir ki, Armavirdə zəhərlənənlərdən 8 nəfəri xəstəxanaya yerləşdirilib.

Ermənistan Səhiyyə Nazirliyi onların vəziyyətini orta-ağır kimi qiymətləndirir.

Bundan əvvəl Qida Təhlükəsizliyi Müfəttişliyi 12 nəfərin qida zəhərlənməsi diaqnozu ilə Armavir tibb mərkəzinə müraciət etdiyini bildirib.

Gununsesi.info