
“Fevralın 18-dən 20-dək Bakıda Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası və digər tədbirlər keçirilib”.
Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında xatırladıb.
“APA-nın 15-ci plenar sessiyasında Bakı Bəyannaməsi və müxtəlif mövzularda 29 qətnamə qəbul edilib. APA-nın qəbul etdiyi Bakı Bəyannaməsinin bir bəndində Ermənistandan qovulan azərbaycanlıların öz ata-baba yurdlarına qayıtmalarının təmin olunması məqsədilə səylərin səfərbər edilməsi üçün çağırış edilib”, – deyə sədr bildirib.