“Fitch” Azərbaycanın reytinqini təsdiqlədi

  • By admin
  • 30 Aprel 2022 10:45

“Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici valyutada uzunmüddətli defolt reytinqini (IDR) “BB+” səviyyəsində təsdiqləyib.

Gununsesi.info xəbər verir ki, reytinq üzrə proqnoz “Sabit”dir.

“Reytinq Azərbaycanın çox güclü xarici ticarət balansı, aşağı dövlət borcu və iri suveren fondun aktivlərindən maliyyələşmə çevikliyi ilə dəstəklənir. Bu amillərə qarşı zəif idarəetmə, xüsusən də məzənnə rejimi, bank sektorunun yüksək dollarlaşması və karbohidrogen sektorundan güclü asılılıq ilə əlaqədar olaraq iqtisadi siyasətin müəyyən edilməsinin proqnozlaşdırıla bilməməsi dayanır”, – deyə “Fitch” bəyan edib.

Gununsesi.info