Fransa Zaporojye AES-in ətrafındakı ərazinin hərbsizləşdirilməsinin tərəfdarıdır.
Gununsesi.info xəbər verir ki, bu barədə Fransanın energetika naziri Aqnes Panye-Ryunaşe RTL radiostansiyasının efirində bildirib.
“Biz Zaporojye AES ərazisinin hərbsizləşdirilməsini qətiyyətlə tələb edirik. Bu, kollektiv şəkildə həll edilməli olan mühüm məsələdir”, – Panyer-Ryunaşe bildirib.
O qeyd edib ki, Fransa Prezidenti Emmanuel Makron sentyabrın 10-da ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığında Parisin mövqeyini açıqlayıb.
Xatırladaq ki, sentyabrın 11-nə keçən gecə Kiyev vaxtı ilə saat 03:41-də Zaparojye Atom Elektrik Stansiyasının (AES) sonuncu – altıncı bloku da dayandırılıb. Hazırda AES-in soyudulması prosesinə hazırlıq görülür. Zaparojye AES-in Ukrayna elektrik şəbəkəsi ilə bütün bağlantılarının bölgədəki döyüşlər səbəbindən zərər gördüyü qeyd edilir.
Zaporojye AES Avropanın ən böyük atom elektrik stansiyasıdır. Enerqodarda yerləşən AES hazırda Rusiya qoşunlarının nəzarəti altındadır.
Gununsesi.info