![](https://www.gununsesi.info/wp-content/uploads/2022/09/1662957781_bb7ef156-40b4-34c2-8fe9-fbab2c2ba760.jpg)
Türkiyənin İstanbul şəhərində silahlı insident baş verib.
Gununsesi.info xəbər verir ki, hadisə Sarıyer rayonunda yerləşən ticarət mərkəzinin kafesində qeydə alınıb.
Atışma nəticəsində azı 6 nəfər yaralanıb.
Məlumata görə, kafedə iki qrup arasında mübahisə yaranıb. Tərəflərin söz dueli atışma ilə nəticələnib.
Silahlı insident zamanı 4-ü Azərbaycan, 1-i İran vətəndaşı olmaqla 6 nəfər xəsarət alıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Onlardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.
Cinayətin hansı səbəbdən baş verməsi barədə hələlik açıqlama verilməyib. Hazırda polis faktla əlaqədar araşdırma aparır.
Gununsesi.info