Gədəbəydə ağır yol qəzası: qadın və uşaq öldü

  • Müəllif: Firuzə
  • 30 Avqust 2025 10:30

Gədəbəyin Maarif kəndində yol qəzası baş verib.

Gununsesi.info-nun məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 2 nəfər – qadın və uşaq həyatını itirib. Qəzada xəsarət alan 1981-ci il təvəllüdlü Ramiz Həsənəliyev Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***

Gədəbəydə baş verən qəzada ölən və xəsarət alanların adları məlum olub.

Məlumatına görə, qəza zamanı ölənlər rayonun Maarif kənd sakinləri 1981-ci il təvəllüdlü R. Bağırova və 2022-ci il təvəllüdlü U. Həsənovdur.

Xəsarət alanlar isə VAZ-2104-ün sürücü 1981-ci il təvəllüdlü R. Həsənəliyev və “Niva”nın sürücü 2006-cı il təvəllüdlü R. Şirinovdur.

Xəsarət alanlardan R. Həsənəliyevin vəziyyətinin ağır olduğu bildirilir.

 

Gununsesi.info