Gömrük generalının məhkəmə işindən YENİ XƏBƏR

  • By admin
  • 29 İyun 2022 12:45

“Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilovun barəsində olan məhkəmə qərarından apellyasiya şikayəti verilib.

Gununsesi.info xəbər verir ki, şikayət Bakı Apellyasiya Məhkəməsinə təqdim olunub.

Şikayətə bu günlərdə baxılacağı gözlənilir.

Xatırladaq ki, Ehtiram Xəlilovun müdafiəçiləri tərəfindən verilən apellyasiya şikayətində onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsini, onun həbsdən azad edilməsi istənilib.

Qeyd edək ki, iyunun 22-də Səbail rayon Məhkəməsinin qərarı ilə Ehtiram Xəlilov barəsində 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Onun 200 mindən çox rüşvət aldığı bildirilir.

Ehtiram Xəlilov Cinayət Məcəlləsinin 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci (Rüşvət alma, təkrar törədildikdə) və 311.3.3-cü (Rüşvət alma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham edilir.