Gürcüstan NATO-nun sammitinə dəvət edildi

  • By admin
  • 15 May 2022 13:55

Gürcüstan nümayəndə heyəti NATO-nun Madriddə keçiriləcək sammitinə dəvət olunacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə NATO Baş katibinin müavini Mirça Coana məlumat verib.

O, Gürcüstanın güclü potensiala malik NATO tərəfdaşı olduğunu və alyansın uzun illərdir onunla əməkdaşlıq etdiyini qeyd edib.

“Açıq qapı siyasəti NATO üçün vacib olaraq qalır. Deyə bilərəm ki, Gürcüstan çox vacib tərəfdaşdır, Qara dəniz böyük əhəmiyyət kəsb edir”, – deyə Coana bildirib.

Gürcüstanın NATO ilə əməkdaşlığı 1990-cı illərin sonundan başlayıb. 2002-ci ilin noyabrında o vaxtkı prezident Eduard Şevardnadze Praqada keçirilən sammitdə dövlətin alyansa üzv olmaq istəyini bəyan edib. Bu istək növbəti dövlət başçısı Mixail Saakaşvili tərəfindən də dəstəklənib.

2012-ci ildə “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası hakimiyyətə gəlib, o da NATO-ya inteqrasiya kursunu davam etdirib, lakin eyni zamanda ölkənin xarici siyasətinin “ən mühüm vəzifəsi”ni Gürcüstanın ərazi bütövlüyünə xələl gətirmədən “Rusiya ilə münasibətlərin tədricən normallaşdırılması” adlandırıb.

Gununsesi.info