Gürcüstanda koronavirusdan ölənlərin sayı 15 212 nəfərə çatıb.

  • By admin
  • 06 Fevral 2022 17:53

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 19 098 yoluxma halı qeydə alınıb, 38 nəfər ölüb.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 314 603, ölənlərin sayı isə 15 212 nəfərə çatıb. Virusa yoluxanlardan 1 089 091 nəfərin sağaldığı bildirilib.

 

 

Gununsesi.info