“Hərbçilərin qaytarılması irəliləyişin nəticəsidir” - Şarl Mişel

  • By admin
  • 07 Fevral 2022 14:31

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Azərbaycanın 8 erməni hərbçini Ermənistana təhvil verməsini müsbət addım kimi dəyərləndirib.

Gununsesi.info xəbər verir ki, Aİ lideri bu barədə “Twitter”də qeyd edib.

“Bu, Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdən sonra müsbət irəliləyişlərin daha bir göstəricisidir. Avropa İttifaqı regionda sabitlik və rifahı dəstəkləyir”, – Mişel vurğulayıb.

Gununsesi.info