Hərbi qulluqçular üçün seminarlar keçirildi - FOTO

  • By admin
  • 11 İyun 2022 14:45

Azərbaycan Ordusunda hərbi qulluqçuların maarifləndirilməsi, mənəvi-psixoloji hazırlığının yüksəldilməsi və milli-mənəvi dəyərlərimizin təbliği məqsədilə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbəsinin nümayəndələri tərəfindən hərbi hissələrdə seminarlar keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşlərdə hərbi qulluqçu və mülki işçilərə inkişaf etmiş ölkələrin ordularında insan hüquqları və gender bərabərliyi sahəsində həyata keçirilən fəaliyyətlər barədə məlumatlar verilib, bu sahədə mövcud məsələlər müzakirə olunub və onları maraqlandıran suallar cavablandırılıb.

Gununsesi.info