Hadi Rəcəbli dəfn olundu

Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəbli ilə vida mərasimi başa çatıb.

Gununsesi.info xəbər verir ki, deputat Yasamal qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, H. Rəcəbli I-V çağırış Milli Məclisin deputatı (1995-2020-ci illər), Əmək və sosial siyasət komitəsinin sədri olub.