Həsən Amili yenə sərsəmlədi - / VİDEO

  • By admin
  • 04 Sentyabr 2022 08:54
Çıxışlarında Azərbaycana qarşı kinini, nifərtini ifadə edən İranın əyalət mollalarından biri Həsən Amili bu dəfəki çıxışında Laçın və Laçın ətrafındakı kəndlərimizdən işğalçıların çıxarılmasından danışıb.
Gununsesi.info-nun xəbərinə görə, jurnalist Heydər Oğuzun sosial şəbəkədə paylaşdığı videoda iranlı molla Azərbaycanın öz torpaqlarını azad etməsində İranın rolununun olduğunu deyib:
Xəbər verdiyimiz kimi, “əyalət mollası” ayətullah Amili “həzrətləri” ötən cümə xütbəsində Azərbaycanı naşükürlükdə günahlandıraraq, bəzi mətbuat orqanlarımızın və siyasi xadimlərimizin İranın qədrini bilməməsindən gileylənmişdi. Onun fikrincə, Azərbaycan xalqı Qarabağ döyüşlərində ona göstərdiyi köməkliyə görə İrana qiyamətə qədər minnətdar olmalıdır. Biz isə İranı söyürük?
Yəqin bu sözləri oxuyanda sizin də ağlınızdan bir sual keçdi: İran bizə necə kömək etmişdi ki, bir ovuc erməni ərazimizin 20%-ni işğal etmişdi?
Amili həzrətləri bu sözləri ilə əslində etiraf edir ki, İran I Qarabağ döyüşlərində himayədar kimi iştirak edib. Və əgər həqiqətən də kiməsə hamilik edibsə və torpağının 20%-ni Azərbaycan olubsa, deməli onun ölkəsi bizim yox, erməninin yanında dayanıb. Əks halda bir ovuc erməni biz bir tərəfə, İrana necə qələbə çalıb?
“Əyalət mollası” bu qəliz sualları belə cavablandırır: “İran olmasaydı, ermənilər Bakıya qədər gəlib çıxardılar”.
Ətraflı bu videoda baxa bilərsiniz!

 

Gununsesi.info