Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb

  • Müəllif: Firuzə
  • 21 Avqust 2025 13:04

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Pakistanın Azərbaycandakı səfiri Qasım Mohuiddinlə görüşüb.

Gununsesi.info xəbər verir ki, bu barədə səfir sosial mediada paylaşım edib.

Səfir bildirib ki, Hikmət Hacıyevi Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanmış sülh razılaşması və regional əlaqələrdə müsbət irəliləyişlər münasibətilə təbrik edib.