Hollandiyada silahlı hücum – Çoxlu sayda adam öldü

  • By arzu
  • 29 Sentyabr 2023 09:27

Hollandiyada silahlı hücum olub.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, qanlı olay zamanı ən azı, 3 adam həlak olub.

Hücum 32 yaşlı bir şübhəli tərəfindən gerçəkləəşdirilib.

Rotterdam polisi baş verən hadisəni təsdiq edib. Ölənlərdən biri 14 yaşlı qız və bir anadır.

Rotterdam Polisi Fred Vesterbeke keçirdiyi mətbuat toplantısında 32 yaşlı şübhəlinin təkbaşına 2 hücum təşkil etdiyini söyləyib.

İlk hücumu Heiman Dullaertplein bölgəsində, ikinci hücumu isə 1,5 km. uzaqlıqda Erasmus Universiteti Xəstəxanasında törətdiyini açıqlayıb.

Polis şübhəlinin yaxalandığını və üzərində gülləkeçirməz geyim olduğunu vurğulayıb.

Tərcümə: Arzu

Gununsesi.info