Hollandiyanın baş naziri Rutte “köləliyə” görə üzr istədi

  • By admin
  • 19 Dekabr 2022 22:43

Hollandiyanın baş naziri Mark Rutte köləlik tarixinə görə ölkəsi adından üzr istəyib.

Gununsesi.info-nun xarici mediaya istinadən verdiyi xəbərə görə,Rutte bildirib ki, köləlik bütün dünyada “insanlığa qarşı cinayət” kimi tanınmalıdır.

Hollandiyada 2023-cü ilin köləliyin ləğvinin 150-ci ildönümünü qeyd etdiyi üçün “köləliyi anma ili” elan ediləcəyi düşünülür.

Qeyd edək ki, ictimai yayım şirkəti NOS-un ötən aylarda keçirdiyi sorğuya görə, Hollandiya hökumətinin köləlik tarixlərinə görə üzr istəməsini istəməyənlərin nisbəti 49 faiz idisə, bu il 55 faiz təşkil edib.

Üzrxahlıq istəyənlərin nisbəti keçən il 31 faizdən bu il 38 faizə yüksəlsə də, hollandların təxminən yarısının hökumətin üzrxahlığını dəstəkləməməsi diqqət çəkib.

 

Tərcümə:

Mais