I Xuan Karlos İspaniya kralına ölkəni tərk etmək qərarını açıqlayıb

  • By admin
  • 03 Avqust 2020 23:01

Öz taxtından imtina etmiş I Xuan Karlos oğlu, İspaniya Kralı VI Filipə bildirib ki, ölkəni tərk etmək barədə qərar qəbul edib.

Bu barədə Gununsesi.info TASS-a istinadən xəbər verir.

Sabiq dövlət başçısının hökmdara məktubu kral sarayının saytında dərc edilib.

“Sənə bu vaxt İspaniyanın hüdudlarından kənara köçmək qərarı haqqında öz fikirlərimi bildirirəm”, – I Xuan Karlosun məktubunda qeyd edilir.

 

 

Gununsesi.info