ABŞ-da 11 nəfər saxta yollarla çinlilərə “green card” düzəltməkdə ittiham olundu

  • Müəllif: Firuzə
  • 12 Avqust 2026 23:12

ABŞ Ədliyyə Nazirliyi 11 nəfərə çinli vətəndaşların “green card” almasına kömək etmək üçün saxta nikahlar təşkil etdikləri iddiası ilə ittiham irəli sürüb.

Gununsesi.info xəbər verir ki, aparılan istintaqa görə, təqsirləndirilən şəxslər 2016–2026-cı illərdə ABŞ və Çin vətəndaşları arasında saxta nikahlar təşkil edən genişmiqyaslı sxemdə iştirak ediblər.

1000-dən çox şəxsin 100 min dollara qədər ödəniş qarşılığında onların xidmətindən yararlandığı bildirilir.

Təqsirləndirilən şəxslər avqustun 12-də saxlanılaraq məhkəmə qarşısına çıxarılıb.

Onları 15 ilədək həbs cəzası gözləyir.

Gununsesi.info