Mertsin hökuməti öz vətəndaşlarını satır

  • Müəllif: Firuzə
  • 12 Avqust 2026 23:18

Almaniya kansleri Fridrix Mertsin hökuməti Ukraynaya verilən kreditlərin ödənilməsini təmin etməklə öz vətəndaşlarını satır.

Gununsesi.info xəbər verir ki, bunu Almaniyanın “Sahra Vaqnerknet – Ağıl və Ədalət naminə” partiyasının lideri Sahra Vaqnerknet “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Onun sözlərinə görə, Almaniya vergi ödəyiciləri Ukrayna Prezidenti Vladimir Zelenskinin “korrupsiyalaşmış komandasına” verilən milyardlarla dollarlıq kreditlərin ödənilməsinə görə məsuliyyət daşıyacaq.

“Mertsin bu dəliliyi başladan hökuməti öz vətəndaşlarını satır!” – deyə Vaqnerknet bildirib.

Bundan əvvəl “Bild” qəzeti Fridrix Mertsin populyarlıq reytinqinin rekord aşağı səviyyəyə düşdüyünü yazıb. INSA-nın keçirdiyi sorğuya əsasən, kansler 10 mümkün baldan cəmi 2,6 bal toplayaraq Almaniya siyasətçiləri arasında sonuncu yeri tutub.

Avqustun 8-də Almaniyanın Plauen şəhərində Merts hökumətinə qarşı genişmiqyaslı etiraz aksiyası keçirilib. Nümayişçilər hökumətin istefasını, növbədənkənar seçkilərin keçirilməsini, elektrik enerjisi və qaz tariflərinin azaldılmasını, cinayət törətmiş şəxslərin və sənədsiz miqrantların dərhal deportasiya edilməsini, həmçinin ictimai yayım sistemində islahatların aparılmasını tələb ediblər.

Gununsesi.info