Xaçmazda divarlara narkotik təbliğ edən yazılar yazanlar saxlanıldı

  • Müəllif: Firuzə
  • 12 Avqust 2026 21:19
Xaçmaz rayonunda divarlara narkotik vasitələri təbliğ edən yazılar yazılması ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Gununsesi.info-ya bildirilib ki, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 28 yaşlı Ə.Əspəndiyev və yetkinlik yaşına çatmayan daha iki nəfər müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcək.

Gununsesi.info