Naxçıvanın enerji təhlükəsizliyi gücləndirilir - VİDEO

  • Müəllif: Firuzə
  • 12 Avqust 2026 19:54

Ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan şəhərində inşa edilən, ümumi gücü 50 MVt olan “Şəms 1” və “Qərbi Üfüq” Günəş elektrik stansiyalarında görülən işlərlə tanış olublar.

Energetika naziri Pərviz Şahbazov layihələrlə bağlı dövlətimizin başçısına və birinci xanıma məlumat verib.

Baku TV enerji ixracatçısına çevrilən Naxçıvandan süjet hazırlayıb.

 

 

Qeyd edək ki, ümumilikdə Naxçıvanda 688 hektar sahə Günəş elektrik stansiyalarının tikintisi məqsədilə bərpaolunan enerji mənbələri ərazisi kimi müəyyən edilib.

Azərbaycanda bərpaolunan enerji mənbələri üzrə qoyuluş gücü 2 070 MVt-dır. Bunun da 108 MVt-ı, yəni 5.2 faizi Naxçıvanın payına düşür. “Şəms 1” və “Qərbi Üfüq” stansiyalarının istifadəyə verilməsi ilə bu rəqəm 158 MVt olacaq.

Gununsesi.info