İcra başçısı Yasamal sakinlərinin problemlərini öyrənib- FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bu gün bir qrup rayon sakinini qəbul edib. Qəbulu giriş sözü ilə açan İcra Hakimiyyətinin başçısı qeyd etdi ki, qəbullarda hər bir Yasamal rayonu sakini iştirak edib öz problemlərini qaldıra bilər. Görüşdə İcra başçısının müavinləri, RİH aparatının şöbə müdirləri və digər vəzifəli şəxsləri iştirak etdilər. Qəbulda növbə ilə söz alan Yasamal sakinləri öz problemləri barədə söz açaraq yaşayış binalarının dam örtüyünün təmiri və zirzəmilərinin cari vəziyyəti, MTK-lardan şikayət, tikinti şirkətləri ilə sakinlərin mübahisələri, ictimai iaşə obyektlərinin küçə boyu fəaliyyəti, mənzil növbəsi, Sovetski ərazisində dövlət ehtiyacları üçün torpaqların alqı-satqısı  və bir sıra sosial məsələlər qaldırdılar.

İcra başçısı Elşad Həsənov iki saatdan çox davam edən qəbulda sakinləri dinlədi və təcili həlli tələb olunan məsələlərlə baglı  RİH əməkdaşlarına tapşırıqlar verdi.Qaldırılan digər məsələlər isə nəzarətə götürülərək son həll müddətləri müəyyən edildi.Yasamal Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq vətəndaşlarla görüş və qəbulları davam edir.

    Gununsesi.info