İcra hakimiyyəti Daşkəsəndəki təbii fəlakətlə bağlı açıqlama yaydı - 4 KÖRPÜ DAĞILIB, ÇOXSAYLI EVLƏR VƏ MAL-QARA SELİN ALTINDA QALIB

  • By admin
  • 11 İyun 2022 18:41

İyunun 10-nu saat 19 radələrində Daşkəsən rayonu ərazisində dolu ilə müşahidə olunan güclü leysan yağışları əsasən rayonun Çanaqçı, Suqovuşan, Almalıvə Alaxançallı kəndlərində köpülərə, yol, elektrik, rabitə təsərrüfatlarına, fərdi avtomobillərə,əhalinin əkin sahələrinə yaylaqlarda vətəndaşların mal-qarasınaciddi ziyan vurub, bir sıra fəsadlar törədib.

Bu barədə Gununsesi.info-ya Daşkəsən Rayon İcra Hakimiyyətindən verilən məlumatda deyilir.

Məlumatda deyilir ki, sel  suları Çanaqçı kəndi ərazisində kəndin iki hissəsini birləşdirən körpünü tamamilə dağıdaraq aparıb. Alaxançallı kəndi ərazisində isə sel suları körpünü dağıdıb, körpülər dağıldığı üçün rayonla kəndlər arasında olan əlaqələr kəsilib, kəndlərarası avtomobil yolunun xeyli hissəsini sıradan çıxarıb, 4 avtomobili kənddən keçən çay sularının axınına salaraq aparıb.

Bir çox ərazilərdə dağlardan iri qaya parçaları və palçıq kütləsi avtomobil yollarına töküldüyündən həmin yollarda nəqliyyatın hərəkəti tam dayanıb.

İnsan itkisi və xəsarət alan yoxdur.

Hazırda dəymiş ziyanların həcminin müəyyən edilməsi istiqamətində Daşkəsən Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən işlər davam etdirilir.