Azərbaycanlı fəal on minlərlə insanın qarşısında çıxış edib

  • By admin
  • 22 İyun 2022 09:10

İctimai fəal və hüquq müdafiəçisi Samirə Bayramova, Tbilisidə keçirilən genişmiqyaslı “Evə -Avropaya” adlı mitinqdə əhaliyə müraciət edib.

Gununsesi.info xəbər verir ki, S. Bayramovanın həmçinin, yerli QHT üzvlərinin və digər ictimai fəalların mürciəti aksiyada quraşdırılan manitor vasitəsi ilə təqdim olunub.

Bayramova həm gürcü, həm də Azərbaycan dilində müraciət edib. O, müraciətində gürcü dlində “Rəngarənglik içərisində yaşamaq istəyirəm. Fərqli olmağımın qüsur kimi tanınmadığı, əksinə bir sərvət kimi qəbul olunduğu rahat və təhlükəsiz bir yerdə yaşamaq istəyirəm” deyib və ardında Azərbaycan dilində “Avropaya, evimizə doğru – Avropaya irəliyə” şüarını səsləndirib.

Qeyd edək ki, yerli çıxışların ardından Avropa Parlamentinin üzvü Endryu Kubilius, Avropa Komissiyasının vitse-prezidenti Cozef Borrel və Litvalı Avropa Parlamentinin deputatı Rasa Juknevichi və digər bir sıra xarici siyasilərin müraciətləri təqdim olunub.

Gununsesi.info