İngiltərə klubu gənc oyunçu üçün rekord məbləğ təklif edir

  • By Mina
  • 17 Aprel 2024 14:48

İngiltərənin “Çelsi” klubu yeni transfer üçün hərəkətə keçib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi “Palmeyras”ın futbolçusu Estevao Villianı heyətinə cəlb etmək istəyir.

London klubu 16 yaşlı gənc oyunçu üçün 60 milyon avro ödəməyə hazırdır.

“Palmeyras” özü də bu təklifə müsbət yanaşır.

Qeyd edək ki, Villian bu mövsüm 12 oyunda 5 qol vurub, 3 məhsuldar ötürmə edib.

Mina

Gununsesi.info