İqtisadçı alimin “Ağıllı kənd”lə bağlı hökumətə sualları var - Mənzil və ictimai binaların tikintisi üçün xərcləmələr nə qədərdir?

  • By admin
  • 30 May 2022 18:11

Xəbər verdiyimiz kimi, işğaldan azad olunan Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı Kənd” layihəsi reallaşıb.

Maliyyə Nazirliyinin büdcə hesabatında açıqlanan rəqəmə görə, “Ağıllı kənd” layihəsinə 62.8 mln. manat xərclənib.
Açıqlamadan aydın olur ki, bu məbləğə kənd üçün alınmış kənd təsərrüfatı texnikası da daxildir.

Gununsesi.info-ya açıqlamasında tanınmış iqtisadçı ekspert Rövşən Ağayev hökumətin bu layihə ilə bağlı bəzi suallara aydınlıq gətirməki olduğunu deyib:
“Yaxın 2 gündə büdcə icrası müzakirəyə çıxarılanda media təmsilçiləri aydın olmayan bəzi məqamları da bu layihəyə məsul kənd təsərrüfatı nazirindən soruşa, şəffaflıq naminə cəmiyyəti məlumatlandıra bilərlər. Təxminən, məsələn, bu sualları:

1) Sırf tikinti üçün xərclənən məbləğ nə qədərdir, texnika alnımaq üçün nə qədər, layihələndirmə üçün hansı məbləğdə?
2) Mənzil tikintisi və ictimai binaların tikintisi üçün xərcləmələr ayrı-ayrılıqda nə qədərdir?
3) Xərclənən vəsaitlərin infrastrukturun hər bir növü üzrə (yol, su, elektrik, o cümlədən alternativ enerji layihələri) üçün xərclənən həcmi nə qədərdir?
4) Ümumilikdə sahə etibarı ilə tikilən mənzillərin və qeyri-mənzil tikililərin sahəsi nə qədərdir? (kv/metrlə), o cümlədən tikilmiş binaların ümumi sayı;

5) Bu yalnız Zəngilanda qurulmuş yalnız bir kəndə aiddirmi, yoxsa planlanan digər oxşar kənlərin layihələndirilməsi xərcləri də bura aiddirmi?

Gülnar Məmmədli

Gununsesi.info