İran-İsrail müharibəsində Azərbaycan kimin yanında olacaq? - EKSPERT ŞƏRHİ

  • By admin
  • 15 Aprel 2024 15:50

İran-İsrail arasında son yaşananlar böyük müharibənin başlanacağına dair fikirləri artırıb.

Azərbaycanın İsraillə dostluq münasibətində olduğunu nəzərə alsaq, o zaman ölkəmizin gələcəkdə hansı mövqe tutacağı sual doğurur.

Politoloq Şahin Cəfərli  Gununsesi.info-ya müsahibəsində bu barədə danışıb.

O deyib ki, Azərbaycanın son hadisələrdə xüsusi fəallıq göstərməsinə ehtiyac görmür: “Azərbaycan müharibənin baş verməsində də maraqlı deyil. Bakının həm İranla, həm İsraillə normal münasibətləri var. Bu balansı Azərbaycan mümkün qədər davam etdirməlidir. Tamamilə İsrailyönlü siyasət yeritmək də Azərbaycanın maraqlarına uyğun deyil”.

Şahin Cəfərlinin fikrincı, Azərbaycan tərəflərdən heç birinə qoşulmadan, heç birinin tərəfini tutmadan neytral şəkildə siyasətini davam etdirməlidir: “Eyni zamanda, Azərbaycandan xüsusi tələb edən də yoxdur ki, gəl bizə qoşul. Bu mənada mümkün qədər Bakı proseslərdən uzaq olmalıdır”.