İran millisinin üzvü idman rəsmilərinin qarşısında çarşabını çıxardı - VİDEO

  • By admin
  • 11 Noyabr 2022 10:47

İranın kamandan oxatma üzrə milli komandasının üzvü Parmida Qasemi idman rəsmilərinin önündə çarşabını çıxarıb.

Gununsesi.info xəbər verir ki, atlet İranın paytaxtı Tehrandakı Fars Körfəzi Kubokunun mükafatlandırma mərasimində bu addımı atıb.

Qeyd edək ki, daha əvvəl alpinist Elnaz Rekabi Cənubi Koreyanın paytaxtı Seuldakı yarışda baş örtüyü olmadan yarışıb. Konkisürən Niloufar Mərdani isə Türkiyənin İstanbul şəhərindəki yarışın mükafatlandırma mərasimində eyni addımı atıb.

Gununsesi.info