İranın ŞOK BAZASI üzə çıxdı – yüzlərlə kilometr mənzilli dağıdıcı gücə malik

  • By admin
  • 08 Yanvar 2021 15:48

İran İslam İnqilabı Keşikçiləri Korpusunun Fars körfəzi sahilində yeraltı raket bazası olduğu üzə çıxıb.

Kompleksdə yüzlərlə kilometr mənzilli dağıdıcı gücə malik yüksək dəqiqlikli raketlərin olduğu bildirilir.

“Mehr” agentliyinin məlumatına görə, bazanın açılışında İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandan müavini Hüseyn Səlami ilə yanaşı, “strateji” bazanın mənsub olduğu Hərbi Dəniz Qüvvələrinin komandiri Əlirza Tanqşiri də iştirak edib.

Məlumatın ABŞ və İran arasındakı gərginliyin artması və Donald Trampın səlahiyyət müddəti bitmədən – 20 yanvara qədər İrana zərbə endirə biləcəyi barədə fərziyyələr fonunda gəlməsi diqqət çəkir.

 

Gununsesi.info