İranla Çin arasında 25 illik ŞOK RAZILAŞMA

  • By admin
  • 27 Mart 2021 13:16

Çinin Xarici İşlər naziri Vang Yi İranın paytaxtı Tehrana rəsmi səfər edib.

Gununsesi.info xəbər verir ki, nazir ölkənin Ali dini lideri Ayətullah Əli Xamaneinin müavini Əli Laricani ilə görüşüb.

Görüşdə Çinin başlatdığı “Bir kəmər, bir yol” layihəsinə İranın qatılmasını ehtiva edən 25 illik əməkdaşlıq razılaşmasının müzakirə edildiyi bildirilir.

Qeyd edək ki, Yaxın Şərq səfərləri çərçivəsində Tehranda olan Vang Yi İran prezidenti Həsən Ruhani və Xarici İşlər naziri Məhəmməd Cavad Zəriflə də bir araya gələcək.

Gununsesi.info