Fələstinin HƏMAS hərəkatı Qəzza zolağının şimal və mərkəzi hissələrində hökumət xidmətləri göstərməyə yenidən başlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə İsrailin KAN dövlət televiziyası adı açıqlanmayan iki məmura istinadən məlumat yayıb.
Rəsmilər HƏMAS-ın İsrail ordusunun tərk etdiyi bölgələrdə mülki idarəetmə üzərində hakimiyyəti bərpa etdiyini bildirib.
Qəzza zolağında müharibədən sonrakı dövrlə bağlı qərarların olmaması HƏMAS-ın ictimai xidmətlər sahəsində güclənməsinə səbəb olub.
Müharibə kimi fövqəladə hallar üçün yaradılmış fövqəladə hallar komitələri ilə yanaşı, əvvəllər HƏMAS-ın nəzarətində olan bələdiyyə qurumlarının şimal və mərkəzi bölgələrdə fəaliyyətini bərpa etdiyi bildirilir.
İsrail dəfələrlə Qəzzada müharibənin məqsədinin HƏMAS-ı məhv etmək və məhbusları geri qaytarmaq olduğunu bəyan edib. Lakin oktyabrın 7-dən davam edən müharibədə indiyədək bu məqsədlərin heç birinə nail olunmayıb.
Gununsesi.info