İstanbulda tramvaylar toqquşub, 9 nəfər xəsarət alıb

  • Müəllif: Firuzə
  • 28 Avqust 2026 23:28

Türkiyənin İstanbul vilayətinin Zeytinburnu rayonunda iki tramvayın toqquşması nəticəsində 9 nəfər xəsarət alıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Anadolu Ajansı” məlumat yayıb.

Məlumata görə, xəsarət alan 9 nəfərə hadisə yerində ilkin tibbi yardım göstərilib. Daha sonra onlar xəstəxanaya çatdırılıb.

Hazırda qəzanın başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.

Gununsesi.info