İtaliyada neft emalı zavodunda partlayış baş verib: - 5 nəfər ölüb

İtaliyanın Florensiya şəhəri yaxınlığında, ENI enerji şirkətinə məxsus neft emalı zavodunda dünən partlayış baş verib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, partlayışda itən daha 3 nəfərin meyitinin tapılması ilə ölənlərin sayının 5-ə yüksəldiyi bildirilib.

Partlayışda yaralananların sayının 26 olduğu açıqlanıb.

Kalenzano şəhərinin tabe olduğu Toskana Regional Hökumətinin sədri Eugenio Giani açıqlamasında partlayış nəticəsində yaralanan 14 nəfərin xəstəxanada müalicə olunduğunu, onlardan 2-nin vəziyyətinin ağır olduğunu bildirib.

Giani təbii fəlakətdə həlak olanların xatirəsinə sabah yaşadıqları bölgədə matəm elan etdiklərini bildirib.

Orxan Saffari

Gununsesi.info