İxraca göndərilən neft məhsullarının həcmi azaldı

  • By admin
  • 30 Aprel 2022 09:29

Yanvar-mart aylarında ölkədən 158,7 min tondan çox xam məhsullardan başqa, bitumlu süxurlardan alınmış neft və neft məhsulları – tərkibində neft və ya neft məhsullarının miqdarı 70 kütlə faiz və ya daha artıq olan məhsullar ixrac edilib. 

Gununsesi.info xəbər verir ki, ixrac edilən məhsulların dəyəri isə 91,07 milyon ABŞ dollarından çox olub.

Xatırladaq ki, 2021-ci ilin müvafiq aylarında Azərbaycandan 225,6 min ton neft məhsulları ixrac edilmiş, həmin ixracın dəyəri 91,2 milyon dollar olmuşdu.

Gununsesi.info