Keçmiş prokuror Eldar Həsənov haqqında: Prokurorluğu biznes mənbəyinə çevirməmişdi

  • By admin
  • 09 Oktyabr 2021 10:13

Azərbaycanın sabiq baş prokuroru, 20 il səfir işləmiş və əsası həyatını mövcud hakimiyyətə xidmətdə keçirən Eldar Həsənov öz doğum gününü həbsdə qarşılayır.

Uzun illər prokurorluq orqanlarında çalışmış Tofiq Ağacanov Eldar Həsənovla bağlı maraqlı fikirlər yazıb.

Gununsesi.info həmin qeydləri təqdim edir:

Eldar Həsənov 20 il yarıtmaz fəaliyyət göstərən  Zakir Qaralovdan fərqli olaraq, prokurorluğun nəzarət fünksiyalarını azaltmadı, gündən-günə onun imkanlarını məhv etmədi, nüfüzünü aşağı salmadı, siyasi orqana çevirmədi, eləcə də prokurorluqdan professional və vicdanlı əməkdaşları kənaşladirmadi. O, rüşvət alıb İcra Başçılarının, “iribuynuzlu” yüksək vəzifəli şəxslərin və oliqarxların övladlarını yerləşdirmədi, prokurorluğu öz AKKORD şirkəti kimi biznes mənbəyinə çevirmədi. “İribuynuzlu”ların törətdiyi ağır və xüsusilə ağır cinayətləri ört-basdır etmədi, xal qazanmaq üçün əsli Gürcüstanlı olan azərbaycanlıları (15 nəfər) prokurorluqdan əsassız olaraq xaric etmədi və sair. Bundan əlavə, Dusyanın oğlunun törətdiyi ağır və xüsuilə ağır cinayətləri hər kəsə yaxşı məlumdur. Həmin cinayətlər barədə sosial şəbəkələrdə məlumatlar yayılmış, yayılır vəyayılmaqdadir. Qaralovun törətmədiyi cinayətlər qalmadı. Əslində, Eldar Həsənov deyil,  Zakir Qaralovun barəsində cinayət işi başlanmalı, onun törətdiyi bütün cinayətləri ifşa olunmalı və o, həbs edilərək, məhkəmə qarşısına çıxarılmalıdır”.

 

Gununsesi.info