Keçmiş sovet respublikaları da Ukrayna kimi təcavüzə məruz qalarsa, ABŞ onlara hərbi dəstək göstərəcək - ABŞ SƏFİRİ

  • By admin
  • 09 İyun 2022 15:03

Rusiyanın Ukraynaya təcavüzü başlayandan sonra qonşu ölkələrdə onların təhlükəsizliyi və suverenliyilə bağlı əsaslı narahatlıq yaranıb.

“Vladimir Putinin hərəkətlərii bütün ölkələr üçün siqnal oldu ki,  o, sərhədləri tanımır və bu, onun hərbi ambisiyalarıdır”.

Gununsesi.info xəbər verir ki, bu barədə cümə axşamı brifinqdə ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer Turan-ın “Azərbaycan və ya digər keçmiş sovet respublikaları da Ukrayna kimi təcavüzə məruz qalarsa, ABŞ onlara hərbi dəstək göstərəcəkmi?” sualının cavabında bildirib.

 

“Düşünürəm ki, ABŞ bütün ölkələrin müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyəcək. Əgər biz belə təhdidləri görsək, müvafiq və mütənasib tədbirlər görüləcək”, – səfir vurğulayıb.

ABŞ səfiri daha sonra da əlavə edib: “Düşünürəm ki, ABŞ bütün ölkələrin müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyəcək. Əgər biz belə təhdidləri görsək, müvafiq və mütənasib tədbirlər görüləcək”.

Afət Abbasova

Gununsesi.info