Ermənistan Respublikasının ikinci prezidenti Robert Köçəryan xəstəxanadan Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə köçürülür.
Gununsesi.info xəbər verir ki, bu barədə onun vəkili Aram Orbelyan açıqlayıb.
Xatırladaq ki, avqustun 25-də hüquq-mühafizə orqanlarının əməkdaşları Robert Köçəryanı Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə təhvil veriblər. Daha sonra məlum olub ki, Robert Köçəryan və böyük oğlu Sedrak Köçəryanlar həbs olunublar.











