Laçın aeroportunun tikintisindən görüntülər - VİDEO

  • By admin
  • 26 İyun 2022 13:08

Laçın rayonunun Qorçu kəndində inşa olunacaq beynəlxalq hava limanının tikintisi davam etdirilir.

Gununsesi.info xəbər verir ki, bununla bağlı görüntülər Azərbaycan Televiziyasında yayımlanıb.

Çəkiliş aparan AZTV-nin redaktoru Vüsal Məmmədov bildirib ki, bu, işğaldan azad olunmuş ərazilərdə inşası nəzərdə tutulmuş üçüncü hava limanıdır.

“Birinci – Füzuli Aeroportu artıq istifadəyə verilib, Zəngilan hava limanı bu ilin sentyabr ayında istifadəyə veriləcək, Laçın Aeroportu isə 2024-cü ildə hazır olacaq”, – müəllif vurğulayıb.

Gununsesi.info