Lunyov “Qarabağ”dan getdi - Rəsmi

“Qarabağ” rusiyalı qapıçısı Andrey Lunyovla yollarını ayırıb.

Klubun İdarə Heyətinin üzvü Asif Əsgərovun Gununsesi.info-ya verdiyi məlumata görə, Ağdam təmsilçisi 32 yaşlı qolkiperin bitən müqaviləsinin müddətini uzatmayıb.

Qeyd edək ki, rusiyalı qolkiper ötən mövsümün əvvəlində “Qarabağ”a keçmişdi.