Mərakeş Belçikanı məğlub etdi

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının qrup mərhələsinin ikinci turunda daha bir oyun baş tutub.

Gununsesi.info xəbər verir ki, günün ikinci matçında F qrupunda Belçika və Mərakeş komandaları üz-üzə gəliblər.

HTML tutorial

Mərakeş rəqibini 2:0 hesabı ilə üstələyib. 73-cü dəqiqədə Abdelhamin Sabiri, 90+2-ci dəqiqədə isə Zakaria Aboukhlal fərqlənib.

Afrika təmsilçisi xallarının sayını dördə çatdırıb və liderliyə yüksəlib. Belçika üç xalla ikinci, Xorvatiya bir xalla üçüncü sıradadır. Xalı olmayan Kanada seçməsi sonuncu yerdədir.

Qrupun digər görüşündə Xorvatiya Kanada ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Gununsesi.info