Məktəbdə müəllimin dərs zamanı dediklərini gizli şəkildə yazıb internetdə paylaşmaq qanunidirmi?

  • By Admin2
  • 11 İyun 2026 17:08

Sosial şəbəkələrdə məktəbdə müəllimlərin səs yazıları bəzən pis məqsədlərlə yayıla bilir.

Bəs ümumi olaraq müəllimin səs yazılarını yaymaq hüquqi olaraq hansı nəticələrə səbəb olur?

Gununsesi.info-ya danışan hüquqşünas Şamil Paşayevin sözlərinə görə, bir çox insan hesab edir ki, dərs otağında deyilən hər bir fikir ictimai xarakter daşıdığı üçün onu sərbəst şəkildə yaymaq mümkündür.

“Halbuki hüquqi baxımdan məsələ daha mürəkkəbdir. Müəllimin xəbəri və razılığı olmadan onun səsinin yazılması müəyyən hallarda şəxsi məlumatların qorunması və şəxsi həyatın toxunulmazlığı ilə bağlı suallar yarada bilər. Bundan əlavə, müəllimin hazırladığı mühazirə materialları və dərs izahları müəllif hüququnun obyekti hesab oluna bilər. Əgər gizli yazılmış material kontekstdən çıxarılaraq paylaşılır və müəllimin nüfuzuna zərər vurursa, bu, əlavə hüquqi məsuliyyət yarada bilər. Digər tərəfdən, ictimai maraq daşıyan və ya hüquq pozuntusunu sübut edən hallarda belə qeydlərin hüquqi qiymətləndirilməsi fərqli ola bilər. Buna görə gizli yazılmış dərs materiallarının internetdə yayılması hər zaman qanuni hesab edilmir və konkret şəraitdən asılı olaraq hüquqi mübahisəyə səbəb ola bilər”,- deyə o, eyni zamanda qeyd edib.

Orxan

Gununsesi.info