“Məni öldürməyə çalışırlar” - LUKAŞENKO

  • By admin
  • 07 Fevral 2022 16:43

Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, ona qarşı sui-qəsd cəhdləri olub və indi də onu öldürməyə çalışırlar.

Gununsesi.info xəbər verir ki, Lukaşenko bu barədə rusiyalı jurnalist Vladimir Solovyovun “Solovyov Live” yutub kanalı üçün verdiyi müsahibəsində danışıb.

“İndi də cəhd edirlər. Hətta sən indi yanımda oturmusan və bunu bilmirsən, bir aydan sonra deyəcəm”, – deyə Lukaşenko bildirib.

Qeyd edək ki, A. Lukaşenko 2021-ci il aprelin 17-də bildirib ki, dövlət başçısına qarşı sui-qəsdə və onun övladlarının oğurlanmasına hazırlaşan dəstə üzvləri saxlanılıb.

 

 

Gununsesi.info