Məşhur müğənni Saakaşviliyə görə aclığa başlayır

  • By admin
  • 14 Noyabr 2021 22:59

Dünyaca məşhur gürcü əsilli opera müğənnisi Paata Burçuladze həbsdə olan eks-prezident Mixail Saakaşvilinin mülki klinikaya köçürülməsi tələbi ilə aclıq aksiyasına başlayır.

Gununsesi.info yerli mətbuata istinadla xəbər verir ki, bu barədə o, Feysbuk səhifəsində yazıb.

“Dostlar, ölkə xaricindəyəm və mənə Gürcüstanda baş verən dəhşətləri izləmək ağırdır. Ona görə də sabah ölkəmə gəlib bu ağır gündə dəstəyimi göstərəcəyəm”, – deyə bildirilib.

Gununsesi.info