Məhkəmə “Novaya Qazeta”nın jurnalisti Roldugini ev dustaqlığına salıb

  • Müəllif: Orxan
  • 02 İyun 2026 14:05

Tverskoy Məhkəməsi “Novaya Qazeta”nın jurnalisti Oleq Rolduginin şəxsi məlumatların qanunsuz istifadəsi ilə bağlı iş üzrə məhkəməyəqədərki həbs qərarını dəyişdirərək onu ev dustaqlığına keçirib.

Gununsesi.info xəbər verir ki, bu barədə RİA Novosti- yə məhkəmənin mətbuat xidməti məlumat verib.

Mətbuat xidməti bildirib ki, “Məhkəmə müstəntiqlərin onun məhkəməyəqədər həbs müddətinin azaldılması ilə bağlı vəsatətini təmin edib. Roldugin ev dustaqlığına keçirilib”.

Qeyd edək ki, aprelin 10-da jurnalist Roldugin mayın 10-dək həbsdə saxlanılıb. Bu qərar Moskvanın Tverskoy Məhkəməsi tərəfindən qəbul edilib. Həbs müddəti sonradan uzadılıb.

Maqsud

Gununsesi.info