Mehriban Əliyevadan bayram təbriki

  • By admin
  • 20 İyul 2021 09:26

Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan xalqını və dünya müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edib. 

Gununsesi.info xəbər verir ki, Mehriban Əliyevanın rəsmi İnstaqram səhifəsində paylaşdığı təbrikdə deyilir:

“Əziz həmvətənlər!Sizi və bütün dünya müsəlmanlarını müqəddəs Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Bu mübarək bayram günlərində sizin bütün xoş arzu və niyyətlərinizlə həmrəy olduğumu bildirir, hər birinizə möhkəm cansağlığı, tükənməz sevgi, gözəl əhval-ruhiyyə və bol sevincli anlar arzulayıram. Allah bütün dualarınızı və qurbanlarınızı qəbul etsin, bütün insanlara sağlıq və səadət, hər bir ölkəyə sülh, əmin-amanlıq və xoş günlər bəxş etsin! Xalqımızın Vətən uğrunda qəhrəmancasına həlak olmuş igid oğullarının xatirəsini ehtiramla yad edir, onların doğmalarına və yaxınlarına səbir diləyirəm. Uca Tanrı hər zaman dünyamızı qorusun!”.

Gununsesi.info