Müharibə başa çatmaq üzrədir -Zelenski

  • Müəllif: Şəbnəm
  • 24 Sentyabr 2024 12:16

Rusiya ilə müharibə çoxlarının düşündüyündən daha tez sona yaxınlaşır.

Gununsesi.info xəbər verir ki, bunu sentyabrın 23-də Ukrayna prezidenti Vladimir Zelenski ABC News-a müsahibəsində deyib.

“Düşünürəm ki, biz sülhə insanların düşündüyündən daha yaxınıq. Biz müharibənin sonuna daha yaxınıq”, – deyə o bildirib.

Eyni zamanda, Zelenski müttəfiqlərindən Ukrayna ordusuna dəstəyi gücləndirməyi xahiş edib: “Qələbə planı Ukraynanı gücləndirməkdir. Ona görə də biz dostlarımızdan, müttəfiqlərimizdən bizi gücləndirmələrini xahiş edirik. Bu, çox vacibdir”.

Zelenski həmçinin ABŞ və Böyük Britaniyanı Rusiya daxilində hədəfləri vurmaq üçün Ukraynaya təqdim etdikləri uzaqmənzilli raketlərin istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağa çağırıb.

Onun fikrincə, Ukrayna yalnız “güclü mövqe” ilə Putini müharibəni dayandırmağa məcbur edə bilər.

 

Şəbnəm

Gununsesi.info