Müharibə gedən Ukraynada “Avroviziya”ya hazırlıq başladı

  • By admin
  • 10 İyun 2022 21:03

Ukrayna artıq “Avroviziya-2023” mahnı müsabiqəsinə hazırlığa başlayıb.

Gununsesi.info xəbər verir ki, Ukrayna Nazirlər Kabineti bu gün təşkilat komitəsi yaradıb.

Nazirlər Kabineti həmçinin təşkilat komitəsinin tərkibini təsdiqləyib.

Xatırladaq ki , Ukraynanın “Kaluş Orkestri” qrupu İtaliyanın Turin şəhərində keçirilən “Avroviziya 2022”nin finalında qalib gəlib.

Qaydalara görə, gələn il “Avroviziya-2023” Ukraynada keçirilməlidir. Həmçinin, qalib dövlət başqa ölkəyə ev sahibliyi etmək hüququnu ötürə bilər.

Gununsesi.info