Münxendə Əliyev-Zelenski görüşü: Liderlər sülhdən rus dilində deyil, ingilis dilində danışdılar

  • By admin
  • 17 Fevral 2024 15:21

Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Vladimir Zelenski Münxen Təhlükəsizlik Konfransı çərçivəsində görüşüblər.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə “European Pravda”nın müxbiri Münxendən məlumat verib.

Danışıqların açılışında Ukrayna və Azərbaycan liderləri bir daha hər iki dövlətin ərazi bütövlüyünü dəstəklədiklərini bəyan ediblər.

Nümayəndə heyətləri ünsiyyət üçün ingilis dilini seçiblər. Zelenski görüşə həmkarını Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində qələbəsi münasibətilə təbrik etməklə başlayıb və təbriklərə sülh arzularını əlavə edib.

“Biz sülhün nə qədər baha olduğunu bilirik”, – deyə Zelenski əlavə edib.

“Bizim Ukraynanın ərazi suverenliyinə və bütövlüyünə dəstəyimiz sarsılmazdır və bu, dəyişməyəcək. Biz işğaldan əziyyət çəkən ölkə olaraq sizin vəziyyətinizi mükəmməl başa düşürük və ukraynalılara və Ukraynaya sülh arzulayırıq”, – Əliyev cavab verib.

Gununsesi.info